AZAL Tehrana uçuşları dayandırır

29 Fevral 2020 17:50 (UTC+04:00)

Mövcud epidemioloji vəziyyət ilə əlaqədar "Azərbaycan Hava Yolları" QSC (AZAL) İrana uçuşları dayandırır.

Bu barədə Publika.az-a AZAL-dan məlumat verilib.

Məlumata görə, bu gün axşam aviaşirkətin aşağı büdcəli törəməsi "Buta Airways" İmam Xomeyni adına hava limanından sərnişinsiz qayıdaraq Bakı-Tehran istiqaməti üzrə son J2-9005 nömrəli reysini yerinə yetirəcək.

Həmçinin, "İran Air" aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşları dayandıracaq.