Sumqayıtda sərnişin avtobusu yandı

1 Mart 2020 10:05 (UTC+04:00)

Sumqayıt şəhərində "Mitsubishi" markalı sərnişin avtobusunun yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.