Məşhur aktyordan miqrantlara dəstək - FOTO

2 Mart 2020 19:38 (UTC+04:00)

Türkiyəli aktyor Ulaş Tuna Astepe sərhəddə gözləyən miqrantlara yardım edib.

Publika.az xəbər verir ki, "Sen Anlat Karadeniz" serialı sayəsində böyük auditoriya qazanan aktyor Pazarkule sərhəddində Avropaya keçməyi gözləyən suriyalı və əfqan miqrantlara kömək edib.

Astepe onlara ərzaq, uşaq bezi və yataq çantası paylayıb. Miqrantlar isə aktyorla foto çəkdirib.

Ulaşın bu addımı sosial media izləyiciləri tərəfindən rəğbətlə qarşılanıb.