Qulamhüseyn Əlibəyli Prezident Administrasiyası rəsmisi ilə görüşdü

6 Mart 2020 13:49 (UTC+04:00)

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin partiya sədrləri ilə görüşləri davam edir.

Publika.az xəbər verir ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin dəvəti ilə Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin görüşü olub. Daha çox tanışlıq xarakteri daşıyan görüşdə iqtidarla müxalifət arasında siyasi dialoqun və ümummilli məsələlərdə əməkdaşlığın vacibliyi, ölkənin siyasi həyatında partiyaların rolu söhbətin əsas mövzuları olub.