Cəmil Quliyev İŞDƏN ÇIXARILDI

6 Mart 2020 18:13 (UTC+04:00)

Cəfər Cabbarlı adına Azərbaycan Kinostudiyasının direktoru Cəmil Quliyev vəzifəsindən azad olunub.

Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, C.Quliyev öz ərizəsi ilə işdən azad olunması barədə müraciət edib.

Hazırda Kinostudiyanın direktoru vəzifəsinin icrasını müvəqqəti olaraq Salnamə Film Studiyasının direktoru Nazim Hüseynov həyata keçirir.