Parisdə silahlı hücum: Yaralılar var

9 Mart 2020 09:02 (UTC+04:00)

Parisdə naməlum şəxs məscidə daxil olaraq ətrafa atəş açıb.

Publika.az xəbər verir ki, hadisə zamanı azı 2 nəfər yaralanıb. Tələfat barədə məlumat yoxdur. Hadisədən dərhal sonra əraziyə çox sayda polis cəlb edilsə də, silahlını zərərsizləşdirmək mümkün olmayıb.

O, aradan çıxmağa müvəffəq olub. Onun həbs olunması üçün əməliyyatlar davam edir. Hadisənin səbəbləri araşdırılır.

Anar Türkeş