Məşhur aktrisadan İSMARIŞ: "Həzm edə bilməyənlər üçün..."

9 Mart 2020 13:39 (UTC+04:00)

"Atılmışlar" serialının aktrisası Fəridə Şahbazova onu sevməyənlərə sosial şəbəkə vasitəsi ilə ismarış yollayıb.

Publika.az xəbər verir ki, ulduz pozitiv ruhda çəkilən fotosunu paylaşaraq hər kəsi neqativ duyğulardan azad olmağa səsləyib:

"Bu şəkil məni həzm edə bilməyənlər üçün ən gözəl anti-depressantdır. Tez-tez baxsanız, sakitləşəcəyinizə tam zəmanət verən kadrdır. Özünüzü yalan və paxıllıqdan xilas edə bilsəniz, inanın həyatınızda indikindən qat-qat daha yaxşı hadisələr baş verəcək".