SON DƏQİQƏ: Məşhur aktyor vəfat etdi - FOTO

9 Mart 2020 17:38 (UTC+04:00)

İsveçli aktyor Maks fon Syudov vəfat edib.

Publika.az xəbər verir ki, "Taxtların oyunu" filmi sayəsində məşhurluq qazanan 90 yaşlı aktyor Fransada həyatla vidalaşıb.

"Yeddinci möhür" filmində (1957-ci il) Syudov vəba epidemiyası zamanı ölümlə mübarizə aparan cəngavər rolunu canlandırıb.

Eyni zamanda "Çiyələk guşəsi", "Sima" və "Qurd saatı" filmlərində obrazlar ifa edib. Aktyorun sonuncu işi 2018-ci ildə Fransa-Belçika istehsalı olan "Kursk" filmində olub.

Maks fon Syudov 2002-ci ildə Fransa vətəndaşlığını qəbul etmişdi.

Aytən