Bakının mərkəzindəki mağazadan 14 bahalı telefon oğurladı

11 Mart 2020 15:36 (UTC+04:00)

Bakıda oğurluqla məşğul olan şəxs tutulub.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nəsimi RPİ 22-ci PŞ və Binəqədi RPİ 5-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində 2 mağazadan ümumilikdə 6650 manat dəyərində 14 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini R.Qasımov saxlanılıb. Onunla birlikdə cinayət törətmiş digər 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Araşdırma aparılır.