Trampdan gözlənilməz QƏRAR: Türkiyə və Böyük Britaniya...

12 Mart 2020 09:08 (UTC+04:00)

Prezident Donald Tramp koronavirus səbəbiylə Avropadan ABŞ-a səfərlərin 30 gün müddətində dayandırılması barədə təlimat verib.

Publika.az xəbər verir ki, qərar Avropa Birliyindən ayrılan Böyük Britaniyaya və Türkiyəyə şamil edilməyəcək. Qadağa həmçinin iri həcimli mal və yük daşımalarına təsir göstərməyəcək.

Qeyd edək ki, koronavirus səbəbiylə ABŞ-ın 24 ştatında fövqəladə vəziyyət elan edilib. ABŞ-da koronavirusdan 31 nəfər ölüb. 10 mindən çox insan virusa yoluxub.

Anar Türkeş