Novxanıda ağır qəza - Velosipedçi xəstəxanalıq oldu

12 Mart 2020 13:34 (UTC+04:00)

Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə Novxanı bağları ərazisində qeydə alınıb. Belə ki, "Mercedes" markalı avtomobil velosipedlə toqquşub. Qəza nəticəsində velosiped sürən 1980-ci il təvəllüdlü Abdullayev Şirxan Xıdır oğlu xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.