Ticarət mərkəzində DƏHŞƏTLİ ANLAR - VİDEO

12 Mart 2020 14:09 (UTC+04:00)

Türkiyənin İzmir şəhərində dəhşətli anlar yaşanıb.

Publika.az xəbər verir ki, naməlum şəxs Bornova rayonunda yerləşən ticarət mərkəzinə odlu silahla daxil olub.

O, ətrafa təsadüfi atəş açmağa başlayıb. Təşvişə düşən müştərilər mağazalara sığınıb.

Bölgəyə çox sayda polis cəlb olunub.

Naməlum şəxs polis tərəfindən saxlanılıb.