İspaniyada bütün futbol müsabiqələri dayandırıldı

12 Mart 2020 17:15 (UTC+04:00)

Futbol üzrə İspaniya çempionatları təxirə salınıb.

Publika.az NTV-yə istinadən xəbər verir ki, qərara əsasən, La Liqa və Sequndanın oyunları keçirilməyəcək.

Bununla yanaşı, aşağı liqaların matçları və həvəskar liqaların oyunları da dayandırılıb.

İspaniya Kral Futbol Federasiyası həvəskar turnirlərin ləğv olunması barədə qərar çıxarıb.