ABŞ üçün ŞOK: Yüzminlərlə insan ölə bilər

14 Mart 2020 08:15 (UTC+04:00)

ABŞ-da mütəxəssislər koronavirusun törədə biləcəyi ən pis ssenariyə dair hesabat hazırlayıblar.

Publika.az xəbər verir ki, “New York Times” də yayımlanan hesabata görə, “Covid-19”un yayılmasının qarşısının alınması üçün addımlar atılmasa 160-214 milyon nəfər virusa yoluxacaq. Virusdan ölənlərin sayı isə 200 min - 1,7 milyon arası olacaq.

Mütəxəssislər hesab edir ki, vəziyyətin belə olacağı təqdirdə 2,4- 21 milyon insanın xəstəxanada uzun müddətli müalicə almağa ehtiyacı olacaq. Lakin xəstəxanaların indiki tutumu bu tələbatı qarşılamayacaq.

Anar Türkeş