"Xalam koronavirusdan ölməyib" - Makqreqor - FOTO

15 Mart 2020 11:00 (UTC+04:00)

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəki üzrə sabiq çempionu Konor Makqreqor bəyan edib ki, xalası koronavirusdan dünyasını dəyişməyib.

Publika.az xəbər verir ki, Makqreqor bu barədə instaqram hesabında yazıb:

"Xalamın koronavirusun qurbanı olmadığı təsdiqlənib. Yaxın həftələrdə çoxumuzun virusla qarşılaşacağını bilirəm. Bu çətin günlərdə dostlarınız və ailənizlə birlikdə olmaq üçün səy göstərməyinizi xahiş edirəm".

Aytən