Milli Məclisin sabahkı iclasının gündəliyində dəyişiklik edildi (YENİLƏNDİ)

16 Mart 2020 15:19 (UTC+04:00)

Milli Məclisin sabahkı iclasının gündəliyinə dəyişiklik edilib.

MM-in Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu “Report”a açıqlamasında deyib ki, iclasın gündəliyinə 4 məsələ daxil edilib.

Onun sözlərinə görə, iclasda İnzibati Xətalar, Cinayət Məcəlləsinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlara dəyişiklik layihələri müzakirə ediləcək.

***

11:50

Milli Məclisin (MM) sabah - martın 17-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

Toplantıda “Təhsil haqqında”, “Elm haqqında”, “Peşə təhsili haqqında”, "Sərhəd mühafizə orqanları haqqında", “Lisenziyalar və icazələr haqqında” və digər qanunlara dəyişiklik layihələri müzakirəyə çıxarılacaq. (report)