Türkiyənin PUA-ları Ukrayna səmalarında

16 Mart 2020 13:48 (UTC+04:00)

Ukraynanın Türkiyədən aldığı “Bayraktar TB2” tipli Pilotsuz Uçuş Aparatları kompleksinin sınaq uçuşları keçirilib.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, PUA-lar ordunun arsenalına daxil edilib.

Nazirlik Suriyada Bəşər Əsəd rejiminə qarşı hücumlarda türk PUA-larının effektiv olduğunu xatırladıb.