Ermənistanın hökumət binasında yanğın baş verdi

20 Mart 2020 04:55 (UTC+04:00)

Ermənistan nazirlər Kabinetinin binasında yanğın baş verib.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, Rusiya mediasına istinadla xəbər verir ki, yanğın gecə saatlarında qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürən maşınlar, operativ qrup və həmçinin Milli Krizis Mərkəzi İdarəsinin xüsusi təyinatlıları gəlib.

Yanğın binanın birinci korpusuna ziyan vurub, ofisin əmlakları yanıb. Yanğın 22:44-də söndürülüb. Zərərçəkənlər barədə məlumat verilmir.