ŞOK İTTİHAM: ABŞ koronavirusun dayandırılmasını əngəlləyir

23 Mart 2020 14:25 (UTC+04:00)

İran ABŞ-ı koronavirus pandemiyasına qarşı qlobal mübarizənin qarşısını almaqda günahlandırır.

Publika.az xəbər verir ki, ölkənin Xarici İşlər naziri Məhəmməd Cavad Zərif tvitterindəki paylaşımında bu iddianı qaldırıb.

“İran xalqı qanunsuz ABŞ sanksiyalarının götürülməsi istiqamətindəki çağırışlarına görə hökumət və qeyri-hökumət təşkilatları liderlərinin kampaniyasını təqdir edir. ABŞ dinləmir, Kovid-19-a qarşı qlobal mübarizəni əngəlləyir. Yeganə həll yolu ABŞ-ın kütləci cəzalandırma metoduna qarşı çıxmaqdır. Əxlaqi və praktik tədbirlərin tətbiqi məcburidir”.

Qeyd edək ki, İranda virusdan ölənlərin sayı 1685-ə çatıb. Yoluxma faktı 21 min 638-dir.

Zümrüd