Türkiyə və Rusiya ordusu BİRGƏ HƏRƏKƏTƏ KEÇDİ: Qurudan və havadan...

23 Mart 2020 17:53 (UTC+04:00)

Türkiyənin Müdafiə Nazirliyi ikinci Türkiyə-Rusiya vahid quru patrul fəaliyyətinin İdlibdəki M4 şossesində həyata keçirildiyini açıqlayıb.

Publika.az
xəbər verir ki, nazirliyin “tvitter” səhifəsində bu fikirlərə yer verilib:

“Moskva memorandumu çərçivəsində İdlibdə M4 magistralında quru və hava qüvvələrinin iştirakı ilə ikinci Türkiyə-Rusiya vahid patrulu həyata keçirildi”.