Bakıda dəhşətli hadisə - 20 yaşlı qız öldü

26 Mart 2020 09:14 (UTC+04:00)

Bakıda gənc qız ehtiyatsızlığın qurbanı olub.

Hadisə Nizami rayonunda qeydə alınıb.

Bəkir Çobanzadə küçəsində 2000-ci il təvəllüdlü Həsənzadə Xədicə Ramiz qızı 5-ci mərtəbədən yıxılıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, X.Həsənzadənin həyatını xilas etmək mümkün olmayıb.(Report)