ABŞ-da son 12 saatda koronavirusdan 236 nəfər öldü

26 Mart 2020 10:12 (UTC+04:00)

ABŞ-da yeni növ koronavirus səbəbiylə həyatını itirənlərin sayı min nəfəri keçsə də, hadisələrin sayı 70 minə yaxınlaşıb.

Publika.az xəbər verir ki, dünyada epidemiyanın ən təsirli olduğu ölkələrdən birinə çevrilən ABŞ-dakı Jons Hopkins Universitetinin paylaşdığı son məlumatlara görə, təqribən 12 saat əvvəl 55 min 238 olan hadisələrin sayı 13.334 artaraq 68 min 572 olub. Ölü sayı 1038-ə yüksəlib.

Dünən Covid-19 hadisəsinin sayının 46 min 481, ölənlərin sayının 593 olduğu açıqlanmışdı. Virusa yoluxanların sayına görə ABŞ Çindən (81,667) və İtaliyadan (74,386) sonra üçüncü pillədədir.

Ölkədə Nyu-York əyaləti ABŞ-ın 33,66 yoluxma hadisəsi və 366 ölü sayı ilə öndədir.

Nyu-Cersi əyalətində 70 yaşlı bir Türkiyə vətəndaşı yeni növ corona virus səbəbindən öüb.