AGF-nin kollektivi əmək haqlarının bir hissəsini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürdü

26 Mart 2020 15:28 (UTC+04:00)

Azərbaycan Gimnastika Federasiyasının (AGF) kollektivi, bədii gimnastika, kişi və qadın idman gimnastikası, akrobatika və batut gimnastikası üzrə milli komandaların idmançıları və məşqçiləri, eləcə də tibbi personal əməkhaqlarının bir hissəsini, ümumilikdə 20 min manat məbləği Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

Publika.az-a bu barədə Federasiyadan verilən m\lumata görə, AGF-in “Instagram”da rəsmi səhifəsində şənbə və bazar istisna olmaqla, hər gün bütün yaş qrupları üzrə sakinlər üçün səhər gimnastikası məşğələləri keçirilir.