İspaniyada vəziyyət ağırlaşır -  Daha 442 nəfər öldü

26 Mart 2020 19:05 (UTC+04:00)

İspaniyada koronavirusdan ölənlərin sayı 4 mini keçib.

Publika.az xəbər verir ki, açıqlanan son məlumatlara görə, İspaniyada son sutka ərzində daha 442 nəfər koronavirus səbəbindən həyatını itirib. Nəticədə ümumilikdə ölənlərin sayı 4089-a çatıb. İspaniya hazırda vəfat edənlərin sayına görə yalnız İtaliyadan geri qalır.

Qeyd edək ki, hazırda İspaniyada 56188 nəfər qeydə alınmış koronavirus xəstəsi var. Onlardan 6673 nəfəri son bir gündə qeydə alınıb.