Baş nazir koronavirusa yoluxdu

27 Mart 2020 15:58 (UTC+04:00)

Böyük Britaniyanın baş naziri Boris Conson koronavirusa yoluxub.

Publika.az xəbər verir ki, Boris Consonun koronavirus testinin nəticəsi müsbət çıxıb.

Baş nazir bunu sosial media hesabından açıqlayıb.

O, bildirib ki, karantindədir və fəaliyyətini telekonfrans rejimində davam etdirəcək.

Tağı Həsənov