Koronavirusun başladığı Uhanda metro açıldı

28 Mart 2020 16:23 (UTC+04:00)

Bütün dünyada təsirini davam etdirən yeni növ koronavirusun (Covid-19) başladığı Çinin Uhan şəhərində metronun qismən aktivləşdirildiyi bildirilib.

Publika.az xəbər verir ki, bunla bağlı şəhər rəhbərliyi açıqlama yayıb.

Martın 28-i saat 06:30-dan etibarən metro 2 aydan sonra yenidən açılıb. Metro həftə içi 06:00-dan 23:00-a qədər, həftə sonları 06:30-dan 23:00-a qədər işləyəcək.

Qeyd edək ki, Uhan əyaləti yanvarın 23-dən izolyasiya vəziyətindədir, karantin rejiminə aprelin 8-də son vermək planlaşdırılır.

Tağı Həsənov