Türkiyədə çox sayda kənd karantin altına alındı

30 Mart 2020 08:10 (UTC+04:00)

Türkiyədə karantin altına alınan kəndlərin sayı 8-ə çatıb.

Publika.az xəbər verir ki, karantin rejiminin tətbiq edildiyi kəndlər Çankırı, Gümüşhane, Kütahya və Sivas vilayətlərində yerləşir. Məlumata görə, həmin kəndlərə giriş-çıxışlar dayandırılıb. Yollarda postlar qurulub. Kəndlərə hakim dairələrin xüsusi icazəsi əsasında girmək mümkündür.

Qeyd edək ki, Türkiyədə koronavirusdan ölənlərin sayı 131-ə çatıb. Virusa yoluxanların sayı isə 9217 olub.

Anar Türkeş