Gənclərdən maraqlı təşəbbüs: qonşularına konsert verdilər - VİDEO

30 Mart 2020 11:00 (UTC+04:00)

Türkiyənin Samsun şəhərində maraqlı anlar qeydə alınıb.

Publika.az xəbər verir ki, Atakum rayonunda musiqi ilə məşğul olan bir qrup gənc eyvanlarında qurduqları səs sistemi ilə mini-konsert verib.

Koronavirus pandemiyasına görə evlərindən çıxmayan qonşularına motivasiya olmaq üçün bu yola əl atan gənclərin “Evdə qal” çağırışı ilə verdikləri konsertə ətrafdakılar işıqlarını yandırıb-söndürərək dəstək olub.

Zümrüd