Çin dünyaya BƏYAN ETDİ: Koronavirusun yayılması dayandı - VİDEO (YENİLƏNDİ)

30 Mart 2020 13:30 (UTC+04:00)

Video əlavə olunub.

xxx

Çində koronavirus pandemiyasının yayılmasının böyük miqyasda qarşısı alınıb.

Publika.az xəbər verir ki, bunu ölkənin Milli Səhiyyə Komissiyasının mətbuat katibi Mi Fenq açıqlayıb.

O bildirib ki, 28 martdan bəri təsdiqlənmiş yoluxma faktı 3 mini keçməyib.

Komissiya rəsmisi başqa ölkələrdən Çinə gələnlərin yeni epidemiya dalğasına səbəb ola biləcəyini vurğulayıb.

Səlahiyyətli şəxslər Çinə xaricdən gələn koronavirus xəstəsi sayının 693-ə qalxdığını bildirir.

Son məlumatlara görə, Çində son 24 saat ərzində 31 yeni yoluxma faktı aşkarlanıb. Bununla da koronavirusa yoluxanların sayı 81 min 470-ə çatıb. Onlardan 3 min 304 nəfəri dünyasını dəyişib. 75 min 700 nəfər sağalıb.

Zümrüd