Bakı Polisindən əhaliyə XƏBƏRDARLIQ

31 Mart 2020 12:19 (UTC+04:00)

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) xüsusi karantin rejimi ilə bağlı növbəti dəfə xəbərdarlıq edib.

İdarədən Publika.az-a verilən məlumatda bildirilir ki, koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə paytaxtda sosial izolyasiya tədbirlərinin və məhdudiyyətlərin gücləndirilməsi davam etdirilir: "Xüsusi karantin rejimi çərçivəsində polis DQ-nin hərbi qulluqçuları ilə birgə xidmət aparır.

Paytax sakinlərinə tövsiyə edirik ki, xüsusi karantin rejim qaydlarına əməl etsilər, sosial izolyasiya, özünütəcrid tədbirlərinə uyğun davransınlar".