Qarabağ separatçıları “prezident” seçə bilmədi

1 Aprel 2020 14:57 (UTC+04:00)

Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağda bölgəsində erməni terorçuların “prezident seçkisi” II tura qalıb.

Axar.az xəbər verir ki, “seçki”də Araik Arutyunyan 49,25%, Masis Mailyan 26,4%, Vitali Balasanyan 14,7% “səs” toplayıb.

“Seçki”nin ikinci turunun 14 apreldə keçiriləcəyi vurğulanıb.

Qeyd edək ki, bütün nüfuzlu beynəlxalq təşkilatlar və əksər dövlətlər bu qondarma seçkiləri tanımadığını rəsmən elan edib.