Koronavirus xərçəngə yaxınlaşdı - Ən çox ölümə səbəb olan xəstəliklər

2 Aprel 2020 10:39 (UTC+04:00)

Yeni tip koronavirus ABŞ-da ən çox ölümə səbəb olan üçüncü xəstəlik mövqeyinə gəlib.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) məlumat yayıb.

Hesabata görə, mart ayının əvvəlində gün ərzində sadəcə bir neçə ölümə səbəb olan pandemiya ilk 15 xəstəlik sırasına belə daxil olmayıb. Lakin 20 martdan sonra vəziyyət dəyişib. Son 10 gündə şaquli sürətlə irəliləyən Kovid-19 üçüncü sıraya keçib. Siyahının ilk iki pilləsində ürək xəstəlikləri (1774) və xərçəng (1641) dayanır.

ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı Ağ evdəki mətbuat konfransında ölkədə 100-200 min insanın koronavirusdan öləcəyini ehtimal etdiklərini, qarşıdakı 2 həftə ərzində pandemiyanın səbəb olacağı ölüm hallarının sürətlə artacağını dilə gətirmişdi.

Son rəqəmlərə görə, dünyada ən çox COVID-19-un yayıldığı ölkə olan ABŞ-da 215 min 300 nəfər infeksiyaya yoluxub. Onlardan 5 min 110-u dünyasını dəyişib. 8 min 878 nəfəri sağalıb.

Zümrüd