Polis evinə basqın edib naziri həbs etdi

3 Aprel 2020 12:44 (UTC+04:00)

İsrail polisi Fələstin hökumətinin Qüds İşləri naziri Fadi əl-Hədminin evinə basqın edib.

Publika.az xəbər verir ki, nazir həbs olunub.

Bu barədə nazirin ofisi məlumat yayıb. Bildirilib ki, İsrail polisi və kəşfiyyat xidmətindən çox sayda hüquq mühafizə orqanı əməkdaşı nazirin evinin bütün qapılarını qırıb və itlərlə axtarış aparıb. 2 min 750 dollara yaxın pul maddi sübut qismində götürülüb.

Açıqlamada nazirin niyə saxlanıldığı bildirilməyib.

Qeyd edək ki, bu, fələstinli nazirin 1 il içində dördüncü belə həbsidir.