Çin qələbəni dünyaya elan edəcək - Epidemiya sona çatdı

3 Aprel 2020 21:42 (UTC+04:00)

Uhanda tətbiq edilən fövqəladə vəziyyət rejimi 8 aprel tarixində tamamən ləğv ediləcək.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Çinin İstanbuldakı baş konsulu Cui Vey deyib.

O bildirib ki, 77 günlük qətiyyət və mübarizə nəhayət ki, sona çatacaq:

“Yantszı çayı sahilində, Şərq Gölü kənarında, Sakura çiçəkləri altında qəhrəman Uhan əhalisi bu gözəl bahar mənzərəsində epidemiyanı məğlub etdiyini və zəfər qazandığını bütün dünyaya elan edəcək”.