Prezident Akif Çovdarovu ƏFV ETDİ

6 Aprel 2020 16:53 (UTC+04:00)

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov əfv edilib.

Prezident İlham Əliyev aprelin 6-da "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb.

Sabiq MTN-çi 2015-ci ilin dekabrın 14-də həbs edilib. Məhkəmənin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.