Fransa hökuməti insanları bu yolla izləyəcək - Kim koronavirusa yoluxsa...

8 Aprel 2020 16:45 (UTC+04:00)

Fransa koronavirusla mübarizə çərçivəsində vətəndaşları ağıllı smartfon tətbiq vasitəsilə təqib edəcək.

Publika.az xəbər verir ki, bu barədə Rəqəmsal işlər üzrə nazir Sedrik O “Le Monde” qəzetinə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, hökumətin həyata keçirməyi qərarlaşdırdığı “StopCovid” layihəsi çərçivəsində ağıllı smartfonlar üçün yeni platforma yaradılacaq və beləliklə insanlar müşahidə ediləcək. Lakin bu tətbiq könüllülük prinsipi əsasında yüklənəcək.

“İki şəxs müəyyən müddət yaxın məsafədə olduğu zaman birinin mobil telefonu sözügedən tətbiq sayəsində digərinin məlumatlarını qeydə alır. Daha sonra həmin şəxslərdən biri koronavirusa yoluxarsa, digərinə avtomatik məlumat gedir. Tətbiq “bluetooth” texnologiyası ilə işləyəcək”, - nazir vurğulayıb.

Tətbiqin nə zaman istifadəyə veriləcəyi məlum deyil.

Fransa parlamentinin bəzi millət vəkilləri bu layihənin insanların azadlıqlarını məhdudlaşdırdığını dilə gətirib.

Zümrüd