Azərbaycanda 82 yaşlı şəxs koronavirusdan sağaldı

8 Aprel 2020 18:49 (UTC+04:00)

Azərbaycanda koronavirusdan baş verən ölüm hallarının hamısı yanaşı gedən ağır xəstəliklər səbəbindən olub.

Publika.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, pasiyentlər arasında 2-90 yaşlı insanlar da var. Hətta 82 yaşında sağalan xəstəmiz də olub.

TƏBİB sədri vurğulayıb ki, orqanizmin verdiyi cavabdan çox şey asılıdır.