İnfeksiyaya yoluxmanı azaltmaq üçün zəruri tədbirlər həyata keçirilir - Bakı polisi - FOTO

9 Aprel 2020 11:52 (UTC+04:00)

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) ölkədə tətbiq edilən xüsusi karantin qaydaları ilə bağlı paytaxtda tədbirləri davam etdirir.

İdarədən Publika.az-a verilən məlumatda bildirilir ki, xüsusi karantin rejim qaydalarına uyğun olaraq, insanların bir-biri ilə yaxın əlaqələrini minimuma endirmək, bununla da infeksiyaya yoluxmanın sürətini azaltmaq məqsədi ilə zəruri tədbirlər həyata keçirilir.