Ferhat Göçerdən xalqına dəstək: “Ehtiyac yaranarsa, həkim işləyəcəm”

10 Aprel 2020 11:05 (UTC+04:00)

Əsl peşəsi həkim olan məşhur müğənni Ferhat Göçer bildirib ki, koronavirus pandemiyası səbəbilə ehtiyac yaranarsa əvvəlki işinə geri qayıdacaq.

Publika.az xəbər verir ki, canlı yayıma qoşulan sənətçi səhiyyə işçilərinin yanında olduğunu söyləyib:

"Əgər ehtiyac yaranarsa, qaça-qaça gedərəm, cəbhənin ən önündə işimi yerinə yetirərəm. Həmişə hazıram".

Məlumat üçün bildirək ki, 50 yaşlı Göçer 20 ildən çox həkim kimi çalışıb.