Daha bir ölkədə koronavirusa yoluxma qeydə alındı

10 Aprel 2020 12:15 (UTC+04:00)

Koronavirusa yoluxma faktının qeydə alındığı ölkə sayı 210 olub.

Publika.az xəbər verir ki, son olaraq Yəməndə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Pandemiya ilə Mübarizə Təcili Yardım Komitəsinin tvitter hesabından verilən açıqlamada 1 nəfərdə infeksiya aşkarlandığı, onun vəziyyətinin stabil olduğu bildirilib.

Son rəqəmlərə görə, dünyada 1 milyon 607 min 595 nəfər koronavirusa yoluxub.

Zümrüd