Mingəçevirdə faciəvi hadisə - 1 nəfər öldü, digəri xəstəxanalıq oldu

10 Aprel 2020 13:31 (UTC+04:00)

Aprelin 9-da saat 13 radələrində Mingəçevir şəhəri ərazisində ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, şəhər sakini R.Səfərovun idarə etdiyi “Mercedes” və Gədəbəy rayon sakini H.Hüseynovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub, zərbədən H.Hüseynov idarəetməni itirərək yolun hərəkət hissəsində velosiped sürən şəhər sakini Elman Abdulovu vurub. Nəticədə E.Abdulov və R.Səfərov xəstəxanaya yerləşdirilibər, velosipedçi orada ölüb.

Faktla bağlı Mingəçevir ŞPŞ tərəfindən araşdırma aparılır.