Qarabağda daha 14 ermənidə koronavirus aşkarlandı

10 Aprel 2020 15:40 (UTC+04:00)

Azərbaycanın işğal altında olan Əsgəran rayonunda 14 erməni koronavirusa yoluxub.

Onlar Ermənistandan yük daşıyanlarla təmasda olub.

Qeyd edək ki, Qarabağda ermənilər arasında ilk yoluxma aprelin 7-də qeydə alınıb.

Bununla da Azərbaycanın işğal altında olan torpaqlarında virusa yoluxanların ümumi sayı 21 nəfərə çatıb. (report)