107 həkim koronavirusdan öldü

10 Aprel 2020 17:41 (UTC+04:00)

İtaliyada 107 tibb işçisi koronavirusun qurbanı olub.

Publika.az xəbər verir ki, bu barədə "CNN Türk" informasiya yayıb.

Bildirilib ki, İtaliya Həkimlər Federasiyası bu rəqəmi açıqlayıb.

Tibb işçilərinin koronavirusa qarşı yalın əllə ön cəbhəyə göndərildikləri vurğulanıb.

Son rəqəmlərə görə, İtaliyada 143 min 626 nəfər yeni tip virusa yoluxub, 18 min 279 nəfər pandemiyanın qurbanı olub.

Zümrüd