Milli Hematologiya və Transfuziologiya Mərkəzində doktorantura yaradılır

11 Aprel 2020 06:05 (UTC+04:00)

Nazirlər Kabineti “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”na dəyişiklik edib.

Publika.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs üzrə Milli Hematologiya və Transfuziologiya Mərkəzi fəlsəfə doktoru hazırlayacaq.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs üzrə:

Milli Hematologiya və Transfuziologiya Mərkəzi, fəlsəfə doktoru üzrə

Eyni zamanda Səhiyyə Nazirliyi üzrə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun doktorantura təhsili vermək hüququ ləğv edilib.