COVID 19-un QORXUNC nəticələri - 3 qoldan hücüm edir, 10 qat daha təhlükəlidir

11 Aprel 2020 13:09 (UTC+04:00)

COVID 19-un genetik tarixini araşdıran Kembric Universitetinin alimləri dəhşətli həqiqəti üzə çıxarıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatda COVID 19-un daim mutasiyaya uğradığı və A, B, C tipi olmaqla 3 qola bölündüyü açıqlanıb. Bildirilib ki, virus müxtəlif ölkələrdə immun sistemlərini pozmaq üçün daim 3 fərqli şəkildə mutasiyaya uğrayır.

Mütəxəssislərin sözlərinə görə, heyvanlardan insanlara ötürülən virusun orijinal forması olan A tipinə hazırda ABŞ və Avstraliyada daha çox rast gəlinir. Onlar hesab edir ki, Çində epidemiya dövründə yayılan virus A tipli deyildi. Yanvar ayında epidemiya həddinə çatanda koronavirusla mübarizəyə başlayan Çində virusun dəyişdirilmiş B versiyası yayılmaqda olub.

Tədqiqatda ABŞ-da ümumi rast gəlinən koronavirus xəstələrinin üçdə ikisinin A tipli virusa yoluxduğu, xəstələrin əksəriyyətinin isə Nyu-Yorkdan deyil, Kaliforniyadan gəldiyi qeyd edilib. Alimlər virusun ABŞ-da orijinal formasında sürətlə yayıldığını söyləyib.

Aparılan araşdırmaya görə, B tipi Almaniya, Fransa, Belçika, Hollandiya və İsveçrədə çox yayılıb. Alimlər bildirib ki, virus müxtəlif ölkələrdə immun sisteminə qarşı mübarizə aparmaq üçün daim mutasiya edir. B tipi, C tipi Sinqapur kimi ölkələrdə müşahidə edilir. C tipli virusun Sinqapurdan bir çox Avropa ölkəsinə yayıldığı bildirilsə də, Avropada ən çox görülən virus B tipidir.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus İsveçrənin Cenevrə şəhərində baş diplomatik nümayəndəliklərlə görüşdə qriplə müqayisədə koronavirusda ölüm hallarının 10 qat yüksək olduğunu açıqlayıb.

Aytən Məftun