Hind okeanında GÜCLÜ ZƏLZƏLƏ: Sunami xəbərdarlığı...

12 Aprel 2020 12:59 (UTC+04:00)

Hind okeanının cənubunda 6,1 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələ yerli vaxtla 06:57-də qeydə alınıb.

Yeraltı təkanlar 10 km dərinlikdə olub.

Sunami xəbərdarlığı edilməyib.

Aytən Novruz