Çində vəziyyət dəyişdi, yoluxma artdı

13 Aprel 2020 09:20 (UTC+04:00)

Çində yeni növ koronavirusa daha 108 nəfər yoluxub.

Bu barədə Çinin gigiyena və səhiyyə üzrə Dövlət Komitəsindən bildiriblər.

Bildirilir ki, yeni yoluxma hallarından 98-i xarici ölkələrdən qayıdan yerli vətəndaşlarda, 10-u isə yerli sakinlər arasında aşklarlanıb.

Məlumata əsasən, ötən sutka ərzində ölkədə 2 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Çində yeni növ koronavirsa ümumilikdə 82 160 yoluxma halı, 3 341 ölüm halı qeydə alınıb, 77 mindən artıq insan sağalıb. (trend)