Türkiyə səfirliyi Ermənistana humanitar yardımla bağlı iddialara cavab verdi

13 Aprel 2020 14:30 (UTC+04:00)

Türkiyənin Azərbaycandakı səfirliyi Türkiyənin koronavirusla əlaqədar olaraq Ermənistana humanitar tibbi yardım etdiyi barədə məlumatlara münasibət bildirib.

Səfirlikdən Publika.az-a verilən məlumata əsasən, sözügedən məlumatlar həqiqətə uyğun deyil.

“Mətbuatda yayılan iddialarla əlaqədar olaraq bildiririk ki, Türkiyənin səlahiyyətli şəxsləri humanitar yardım olaraq Türkiyədə yaşayan 70-dək Ermənistan vətəndaşının Gürcüstan üzərindən ölkələrinə qayıtmaqlarını təmin edib. Bundan başqa hər hansı bir yardımdan söhbət gedə bilməz", - deyə səfirlikdən bildirilib.