Daha iki şəhər işğaldan azad olundu - Döyüşlər davam edir

13 Aprel 2020 17:47 (UTC+04:00)

Liviyada BMT tərəfindən tanınan Milli Barışıq Hökumətinin qoşunları qiyamçı general Xəlifə Haftarın işğalı altında qalan Surman şəhərini azad edib.

Publika.az xəbər verir ki, MBH həmçinin paytaxt Tripolinin qərbində yerləşən Sabrata şəhərinin nəzarətini də ələ keçirib.

“Anadolu” agentliyinə açıqlama verən MBH-nin “Qəzəb vulkanı” əməliyyatlarının mətbuat katibi Mustafa əl-Məcəyi ordunun irəliləyişi davam etdirdiyini deyib.

Haftar qüvvələrinin qoyub qaçdığı silah-sursat və zirehli avtomobillər də bölgədən götürülüb.

Qeyd edək ki, ötən gün paytaxt Tripolidən 200 km şərqdəki Misrata şəhəri yaxınlığında Haftar əsgərlərinin Çin istehsalı olan 2 pilotsuz uçuş aparatı və 1 Rusiya istehsalı hərbi helikopteri məhv edilmişdi.

Zümrüd