Bir yandan koronavirus, digər yandan təbii fəlakət: ABŞ ölümün pəncəsində çırpınır (VİDEO)

14 Aprel 2020 07:30 (UTC+04:00)

Koronavirusun tüğyan etdiyi ABŞ bu dəfə təbiətin qəzəbinə tuş gəlib.

Publika.az xəbər verir ki, ölkənin cənub-şərq ştatlarını təsiri altına alan qasırğa nəticəsində ölənlərin sayı 30-a çatıb. Güclü külək daha çox Missisipi, Luiziana və Corciya ştatlarına ziyan vurub.

Ümumilikdə 150 milyon nəfər təbii fəlakətdən əziyyət çəkib. Sürəti saatda 100 kilometrə çatan külək, Nyu-York şəhəri istiqamətində irəliləyir.

Anar Türkeş